Zaxarovadan Şeyxin iştirak etdiyi görüş barədə AÇIQLAMAbackend

Zaxarovadan Şeyxin iştirak etdiyi görüş barədə AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dini liderlərin görüşü Bakı ilə İrəvan arasındakı inamın gücləndirilməsinə xidmət edir”

Ermənistan, Rusiya və Azərbaycanın dini  liderlərinin üçtərəfli görüşü, problemlərin aradan qaldırılması və etimad mühitinin yaradılması, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün növbəti bir vacib formatdır.

Editor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Bu görüş din liderləri arasında ilk görüş deyil, təmaslar onilliklər ərzində davam edir. Onlar buna çox güvənirlər”, – Zaxarova qeyd edib.

Zaxarovanın sözlərinə görə, oktyabrın 13-də Moskvada baş tutan görüş Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və inamın gücləndirilməsi, təcili humanitar problemlərin həlli, mədəni və dini irs obyektlərinin qorunması da daxil olmaqla Cənubi Qafqazda ümumi vəziyyəti yaxşılaşdırmağa xidmət edəcək.