Zaxarovadan təyyarə qəzasına eyham: Bakını nə narahat edir?backend

Zaxarovadan təyyarə qəzasına eyham: Bakını nə narahat edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Rusiya tərəfdaşlıq, müttəfiqlik münasibətlərinə malikdir və bu münasibətlərə xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

O bildirib: “Azərbaycan və Rusiya münasibətləri uzun tarixə malikdir və bu, müvafiq sənədlərlə təsbit olunub. Bu münasibətlərin tarixi və qüvvədə olan beynəlxalq hüquqi bazası olduğu üçün bu iki amil həmin münasibətlərin gələcəyini müəyyən edir. Əlbəttə, münasibətlərdə hər şey ola bilər və biz indi bunu yaşayırıq”.

Zaxarovanın sözlərinə görə, ölkələrin və xalqların tarixi nə qədər zəngindirsə, problemli məsələlər bir o qədər kəskin yaşanır:

“Rəsmi Bakını nəyin narahat etdiyini bilirik. Biz yaxşı başa düşürük ki, Azərbaycan və Rusiya vətəndaşlarının həyatına son qoyan faciə, təyyarə qəzası (2024-cü ilin dekabr ayının sonunda AZAL-a məxsus təyyarənin qəzaya uğraması) həm orada, həm də bizdə çox kəskin şəkildə yaşanır”.

XİN rəsmisi vurğulayıb ki, belə birgə tarix, o cümlədən də regional məsuliyyət zonası və inkişaf perspektivləri ilə bir-birinə bağlı olan xalqlar və ölkələr arasında nifaq salmaq cəhdləri uğursuzluğa məhkumdur.