Azərbaycan Milli Konservatoriyasının tələbəsi müğənni Elnarə Rza 8 noyabr-Zəfər gününə həsr olunmuş “Əziz Şuşa” adlı mahnısını təqdim edib.
Editor. az xəbər verir ki, mahnı Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşamıza, möhtəşəm tarixi Zəfərimizə həsr olunub. Mahnının sözləri Elnarə Rza, musiqisi isə Aygün Bayramlıya aiddir.

