Zəfər paradının ikinci ildönümü: Qələbəmizin simvolubackend

Zəfər paradının ikinci ildönümü: Qələbəmizin simvolu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki il əvvəl Azadlıq meydanında keçirilən Zəfər paradı Azərbaycan xalqının şanlı səhifəsidir. Xalqımız 30 ildə həmin günü gözləyirdi və arzulayırdı. Zəfər paradı Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlığın simvolu, Azərbaycan-Türkiyə qardaşlığının nümunəsi idi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Zəfər paradını Azərbaycan və Türkiyənin prezidentləri birgə qəbul etdilər və uca kürsüdən dövlət başçıları öz ürək sözlərini xalqa çatdıraraq düşmənlərə də mühüm mesajlar səsləndirdilər:

“44 günlük Vətən müharibəsinə qədər Ermənistanın rəhbərliyi Azərbaycanın Müzəffər Ordusunun gücünə inanmırdı və 30 il torpaqlarımızı işğal altında saxladıqları dövrdə formalaşdırdıqları məğlubedilməz erməni ordusu mifinə inanmışdılar. Ona görə də Paşinyan Cıdır düzündə içki içərək təlxəklik edib “Qarabağ Ermənistandır” ifadəsini işlətmişdi. Həm də Ermənistanın o vaxtkı müdafiə naziri yeni torpaqlar uğrunda yenidən müharibə baş verərsə, Ermənistanın tankları Bakının küçələrində olacağını ifadə edərək Azərbaycanı təhqir edir və milli hislərimizə toxunurdu. Amma Prezident İlham Əliyev Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunda “Qarabağ Azərbaycandır!” deyərək Paşinyana çox qəti cavabı verdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun şücaəti bütün dünyaya Qarabağın Azərbaycan olduğunu sübut etdi. O cümlədən, Ermənistanın baş naziri Paşinyanı da “Qarabağ Azərbaycandır”ifadəsini deməyə məcbur etdik. Ermənilərin tanklarını Bakıya gətirmək arzusunu da Müzəffər Ordumuz yerinə yetirdi. Döyüş meydanında məhv edilmiş Ermənistanın 150-dən çox ağır texnikası Bakıya gətirilərək Zəfər paradında nümayiş etdirildi”.

Azər Badamov qeyd edib ki, Zəfər paradında Türkiyə-Azərbaycan hərbiçilərinin çiyin-çiyinə addımlaması da düşmənlərimizə gözdağı oldu: ” Zəfər paradı Azərbaycanın son 200 illik tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Bu qüruru bizə Müzəffər Ali Baş Komandan ilham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz bəxş etdi.Qələbələrimiz bundan sonra da çox olacaq. Bu gün Azərbaycana düşmən gözü ilə baxanlar bilsinlər ki, Azərbaycan xalqı heç kimə öz torpağına göz dikməyinə imkan verməyəcək. Kiminsə gözü torpaqlarımızda olarsa, Müzəffər Ordumuz o gözləri çıxartmağa hər zaman hazırdır. Bu gün Azərbaycanın Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində olduğundan daha da güclənmişdir. Ordumuz müharibədə aparılan döyüş əməliyyatları bir daha təhlil edərək müəyyən çatışmazlıqların aradan qaldırılması və peşəkarlığının artırılması üçün mütəmadi hərbi təlimlər keçirir. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha yeni döyüş texnikasına yiyələnib. Əgər hər hansı bir xarici təhlükə hiss olunarsa, cavabımız daha amansız və qətiyyətli olacaqdır. Qələbə Azərbaycana yaraşır. Qarabağ Azərbaycandır!”.

//Gülnarə Abasova, Editor.az