Artıq azyaşlı Zəhranı qaçırmaqda şübhəli bilinən Təzəgül Nəzərova saxlanılıb və araşdırma gedir.
Bir faktı da qeyd etmək yerinə düşər ki, Azərbaycan uşaq oğurluğu və qaçırılması faktı ən az olan dünya ölkələrindən biridir. Bəlkə ona görə də azyaşlı Zəhranın naməlum şəraitdə yoxa çıxması cəmiyyətdə belə şok effekti yaratdı. Məsələnin əhəmiyyətini nəzərə alaraq ekspertlərə müraciət etdik.
Məsələ ilə bağlı “Ölkə.Az”a açıqlama verən hüquq müdafiəçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, Azərbaycanda uşaqlarına qaçırılaraq və ya oğurlanaraq dilənçiliyə, məcburi əməyə və ya seksual istismara cəlb olunması faktı geniş yayılmayıb.
“Bu hallar Qərb ölkələrində bizim kimi ölkələrdən daha geniş yayılıb. Son olaya gəldikdə azyaşlı Zəhranın yoxa çıxması faktı nadir hallardan sayılır. İlk anlarda onun qaçırılaraq dilənçiliyə vadar edilməsi fikri ortaya atılsa da, sonradan həmin uşağı qaçırmaqda şübhəli bilinən şəxsin ruhi xəstə olduğu deyilir. Əgər həmin şəxsin psixikası ilə bağlı problem olmasa məsuliyyət daşıyacaq”, – S.Məmmədov bildirib.
Ekspert əlavə edib ki, biz dünyada uşaqların hətta uşaq evlərindən övladlığa götürülərək sonradan onları məcburi əməyə, cinsi istismara, dilənçiliyə vadar edilməsi ilə dəhşətli statsitika mövcuddur:
“Ancaq Azərbaycanda belə hallara rastlaşmamışıq. Lakin biz də küçələrdə valideyninin və yaxud böyük insanların qucağında və ya yanında sakitcə dayanıb dilənşilik edənlərin şahidi oluruq. Onlara süni uyuşdurucu tabletlər və psixitrop maddələr verilib ya yox, demək olmur.Əlimizdə bunu təsdiqləyici faktlar yoxdur. Ancaq bunlar ehtimallar səviyyəsindədir.
Buna baxmayaraq, Azərbaycanda uşaqların dilənçiliyə cəlb edilməsi faktının qarşısı alınmalıdır. Lakin bunu polisi küçəyə töküb, cərimələmək, digər qadağalar tətbiq etmək vəziyyətdən çıxış yolu deyil. Bu istənilən effekti verməyəcək.Buna bir ciddi sosial problem kimi yanaşılmalı və problem kompleks şəkildə həllini tapmalıdır. Adminstrativ taktika səmərə verməyəcək. Əksinə, hesab edirəm ki, cəmiyyətin bütün təbəqələri, aidiyyatı dövlət qurumları, vətəndaş cəmiyyətinin təmsilçiləri hesab edilən qeyri-hökumət təşkilatlarnın birgə səyi nəticəsində belə bir sosial problemin həllinə nail olmaq olar. Çünki burada heç də dilənən bütün uşaqlar dilənçiliyə vadar edilmir və ya bunu özünə peşə seçmir. Burada ehtiyac üzündən məcburən dilənənlər də var. O baxımdan məsələyə komplks yanaşılmalıdır. Yoxsa bir küçədən yığışdıracaqsan, o gedib başqa yerdə dilənəcək və yaxud oğurluq edib, cinayət tördəcək”.
S.Məmmədov bildirib ki, uşaqların azadlıqlarının məhdudlaşdırılaraq məcburi əməyə cəlb edilməsi bizim Cinayət Məcəlləsində ağır cinayət sayılır:
“Bütün hallarda belə halların baş verməməsi üçün proflaktik və maarifləndirci işlər həyata keçirilməlidir. Yalnız bu yolla biz belə halların qarşısını ala bilərik”.