Ukrayna ordusu Rusiyanın əsirliyində olan 144 ukraynalı əsgəri xilas edib.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti məlumat verib. O, xilas olan əsgərlərdən 59-unun milli qvardiya, 30-u dəniz qüvvələri, 28-i ordu, 17-si sərhədçi, 9-unun isə anti-terrorçu olduğunu bildirib. Eyni zamanda əsgərlərdən ən yaşlısının 65, ən kiçiyinin isə 19 yaşında olduğunu bildirilib. Zelenski xüsusilə Azovstalın 95 müdafiəçisinin evlərinə qayıtdığını da vurğulayıb.
“Biz hər bir ukraynalının öz evinə qayıtması üçün hər şeyi edəcəyik”,- Ukrayna Prezidenti əlavə edib.
//Gülnarə Abasova, Editor.az

