Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında sülh müqaviləsini yekunlaşdırmaq üçün Trampla “mümkün qədər tez” görüşmək istəyir.
Məlumatı Axios-a Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak açıqlayıb. Yermakın sözlərinə görə, belə bir görüş ABŞ-ın Şükranlıq Gününü qeyd etdiyi 27 noyabrda baş tuta bilər: “Ümid edirəm ki, Zelenskinin səfəri mümkün qədər tez baş tutacaq, çünki… bu, Prezident Trampa müharibəyə son qoymaq üçün tarixi missiyasını davam etdirməyə kömək edəcək”.
ABŞ administrasiyasının rəsmisi nəşrə Ukrayna tərəfi ilə görüşün müzakirə olunduğunu təsdiqləyib, lakin bildirib ki, hələlik dəqiq tarix müəyyən edilməyib. Trampın özü Mar-a-Laqo iqamətgahında keçirəcəyi bayram ərəfəsində Vaşinqtonu tərk etməyi planlaşdırır.
Musavat.com

