Zelenski ABŞ-a səfərini rəsmən təsdiqləyibbackend

Zelenski ABŞ-a səfərini rəsmən təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski bu gün dekabrın 21-də Vaşinqtona səfər edəcək.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Zelenski tvitterdə paylaşım edib.

“Mən ABŞ-a Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün gedirəm. Co Baydenlə, xüsusən də Ukrayna və ABŞ arasında əməkdaşlığı müzakirə edəcəyik. Konqresdə də çıxış edəcəyəm və bir sıra ikitərəfli danışıqlar aparacağam”,-deyə bildirilib.

//Gülnarə Abasova, Editor.az