Zelenski ABŞ-dan heç bir yardımın olmamasının nəticələri barədə xəbərdarlıq edibbackend

Zelenski ABŞ-dan heç bir yardımın olmamasının nəticələri barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski xəbərdarlıq edib ki, Ukrayna Silahlı Qüvvələri ABŞ-ın köməyi olmadan müdafiə əməliyyatları həyata keçirə bilməyəcək.

Editor.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib. “Xalq hazır olacaq, amma döyüş sursatı, briqadalar hazır olmayacaq. Bu, çox çətin olacaq”, – deyə Zelenski bildirib. O, Kiyevin hərbi təmas xəttində mövqeyinin Vaşinqtonun köməyindən asılı olduğunu vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, “hərəkət, uğur, ittifaqın tərəqqisi” ABŞ-dan asılıdır. Bundan əvvəl Zelenski Respublikaçılar Partiyası tərəfindən bloklanan ABŞ-ın hərbi yardımına ehtiyac olduğunu bir daha vurğulayıb. O, ümid etdiyini bildirib ki, ABŞ-da qarşıdan gələn seçkilərə baxmayaraq, vəsaitin ayrılması ilə bağlı razılıq əldə oluna bilər.

//Gülnarə Abasova, Editor.az