Zelenski ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kellogla görüşübbackend

Zelenski ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kellogla görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellogla görüş keçirib. Bu barədə dövlət başçısı “Facebook” sosial şəbəkəsində məlumat verib.

Zelenskinin sözlərinə görə, görüş məhsuldar keçib. Tərəflər Ukraynada sülhə nail olmaq yollarını müzakirə ediblər. Görüş zamanı hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, Avropa ölkələri ilə birlikdə müdafiə silahlarının istehsalı və satın alınması, eləcə də Rusiya və ona yardım edənlərə qarşı sanksiyaların tətbiqi məsələləri diqqət mərkəzində olub.

Dövlət başçısı ABŞ nümayəndəsinə səfərinə görə təşəkkür edib və keçmiş ABŞ prezidenti Donald Trampa Ukraynaya dəstəklə bağlı “önəmli siqnallar və müsbət qərarlar” verdiyinə görə minnətdarlığını bildirib.

“Ümid edirik ki, Birləşmiş Ştatlar liderlik göstərməkdə davam edəcək. Çünki aydındır ki, Moskva dayanan deyil – onun qeyri-adekvat ambisiyalarını yalnız güclə dayandırmaq mümkündür”, – deyə Zelenski vurğulayıb.

//Samir Qurbanov, Editor.az