Zelenski ABŞ Konqresinə müraciət etdi: 2023-cü il həlledici olacaqbackend

Zelenski ABŞ Konqresinə müraciət etdi: 2023-cü il həlledici olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Volodimir Zelenski Vaşinqtonda ABŞ Konqresinə müraciətində gələn ili müharibədə həlledici il adlandırıb.

Editor.az bu barədə “Ukrainska Pravda”ya istinadən xəbər verir. Prezident vurğulayıb ki, Ukraynanın mübarizəsi davam edir və Kreml döyüş meydanında məğlub edilməlidir:

“Bizim xalqlarımız bu savaşda müttəfiqdir və gələn il – 2023-cü il bu döyüşdə həlledici il olacaq. Bu, Ukraynanın cəsarəti və Amerika qətiyyətinin azadlığımızın gələcəyinə zəmanət verməli olduğu bir dövrdür.

Öz dəyərlərinin müdafiəsinə qalxan insanların azadlığının”, – deyə dövlət başçısı bildirib. Onun sözlərinə görə, “okean bizi qoruyacaq” xəyalı ilə bu savaşı dondurmaq, təxirə salmaq və ya görməməzlikdən gəlmək olmaz: “Dünya həddən artıq bir-birinə bağlıdır – ABŞ-dan Çinə, Avropadan Latın Amerikasına, Afrikadan Avstraliyaya qədər. Dünya bir-birindən çox asılıdır. Belə bir müharibə gedən zaman bir insanın kənarda qalması və özünü təhlükəsiz hiss etməsi mümkün deyil”, – Zelenski deyib.

//Samir Qurbanov, Editor.az