Ukrayna lideri Volodimir Zelenski və nümayəndə heyətinin üzvləri ABŞ-da amerikalı konqresmenlərlə görüş keçirib və tərəflər Ukraynanın gələn ilki münaqişə ilə bağlı gözləntilərini müzakirə ediblər.
Editor.az xəbər verir ki, bu barədə Zelenskinin ofisinin rəhbəri Andrey Ermak öz teleqram kanalında məlumat verib.
“Birləşmiş Ştatlar Konqresinin ikitərəfli nümayəndə heyəti ilə görüş mövcud təhlükəsizlik vəziyyəti və gələn il üçün gözləntilərin müzakirəsi səbəbindən vacibdir”, – o deyib. Ermak qeyd edib ki, Ukrayna nümayəndə heyəti Hindistanın baş naziri Narendra Modi ilə də görüşüb. Beynəlxalq platformalarda, xüsusilə BMT və G20-də qarşılıqlı fəaliyyətlə yanaşı, tərəflər “sülh formulunun həyata keçirilməsi” məsələsini də müzakirə ediblər.
//Gülnarə Abasova, Editor.az