Zelenski Ağ Evə səfər edəcəkbackend

Zelenski Ağ Evə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evə və ABŞ Konqresinə səfər edəcəyi bildirilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ rəsmilərinin verdiyi məlumata görə, Zelenskinin səfəri gələn həftə Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirakından sonra baş tutacaq.

Bildirilib ki, Zelenski gələn həftə cümə axşamı Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşəcək. ABŞ Konqresi hazırda Ukraynaya əlavə 21 milyard dollar yardımı müzakirə edir. Konqresdəki bəzi respublikaçılar iddia edir ki, Ukraynaya yardım dayandırılmalı və federal büdcədə xərclər azaldılmalıdır.

//Safura Bənnayeva, Editor.az