Ukrayna prezidenti Vladimir Zelenski martın 1-də Avropa Parlamentində Ukraynanın sürətlə Aİ-yə qəbulu ilə bağlı çıxış edəcək.
Editor.az “European Pravda”-ya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola məlumat verib.
Zelenskinin çıxışı Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinə həsr olunmuş fövqəladə plenar iclas çərçivəsində baş tutacaq. Bu məsələ ilə bağlı qətnamənin qəbul edilməsi planlaşdırılır.
Çıxış Kiyev vaxtı ilə saat 13:30-da gözlənilir.
Aİ-nin bütün yüksək səviyyəli rəsmiləri Avropa Şurasının sədri Çarlz Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Aİ-nin baş diplomatı Josep Borrell də iştirak edəcək.
Xatırladaq ki, fevralın 28-də Vladimir Zelenski Ukraynanın Aİ-yə daxil olması üçün ərizə imzalayıb.
Aİ hesab edir ki, Ukraynanın müraciətinə baxılması proseduru prezident Zelenski üçün vacib ola bilər, çünki bu məsələ Rusiya Federasiyası ilə danışıqlarda potensial olaraq istifadə edilə bilər, çünki Avropa İttifaqı sülh və münaqişənin dialoq yolu ilə həllinə əsaslanan layihədir.
Rusiyanın işğalından sonra bir neçə Aİ ölkəsi Ukraynaya üzvlük perspektivinin verilməsini, Slovakiya isə Ukraynanın Aİ-yə daxil olması üçün xüsusi prosedurun yaradılmasını təklif edib.
//Gülnarə Abasova, Editor.az

