Zelenski: Avropa Ukraynada müharibənin başa çatdırılması prosesinə təsir göstərməlidirbackend

Zelenski: Avropa Ukraynada müharibənin başa çatdırılması prosesinə təsir göstərməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynada müharibənin başa çatdırılması üçün Avropa ölkələrinin fəal iştirakı və mövqe birliyi olduqca vacibdir. Dövlət başçısı bu fikri avqustun 6-da gün sonunda yayımladığı videoçıxışında səsləndirib.

Prezidentin sözlərinə görə, bu gün Avropa liderləri ilə bir sıra mühüm görüşlər və danışıqlar keçirilib. Görüşlərin əsas məqsədi müharibənin sonlandırılması istiqamətində ortaq yanaşmanın formalaşdırılması olub.

“Bu danışıqlarda ən vacib məqam ondan ibarətdir ki, bütün tərəfdaşlar müharibənin bitməsi üçün kimin addım atmalı olduğunu dəqiq anlayır. Bu, Rusiyanın başladığı müharibədir, bu, Rusiyanın təcavüzüdür. Atəşkəsə və sülhü təmin edə biləcək real diplomatiyaya ilk növbədə Rusiya getməlidir”, – deyə Zelenski bildirib.

Dövlət başçısı, həmçinin, Avropa ölkələrinin Ukraynaya verdiyi dəstəyi yüksək qiymətləndirib və bütün tərəfdaşlara təşəkkürünü ifadə edib.

//Samir Qurbanov, Editor.az