Zelenski: Biz sülh axtarırıqbackend

Zelenski: Biz sülh axtarırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vlodimir Zelenski Ukrayna və Rusiya arasında Türkiyədə keçiriləcək danışıqlara toxunub.

Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıqlarda prioritetlərinin məlum olduğunu vurğulayan Zelenski sosial media hesabında paylaşdığı videomüraciətində bu barədə məlumat verib.

“Qarşıda bizi yeni danışıqlar raundu gözləyir, çünki biz sülh axtarırıq. Türkiyədə üzbəüz görüşlərə ehtiyac var. Nəticəni gözləyək”- Zelenski bildirib.

Prezident ölkəsindəki həyatı normala qaytarmağı hədəflədiklərini bildirərək Ukraynanın suverenliyi, ərazi bütövlüyünün qeyri-şərtsiz bərpasının və effektiv təhlükəsizlik təminatlarının dövləti üçün məcburi olduğunu bildirib.

Qeyd edək ki, Rusiya vitse-prezidenti Vladimir Medinski telegram hesabından verdiyi açıqlamada Ukrayna ilə Aviasiya və Kosmik Qüvvələri mövzusunda yeni görüş keçirildiyini bildirib. Məlumata görə, görüşün nəticəsi olaraq martın 29-30-da üzbəüz görüşmək qərara alınıb. Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Rusiya və Ukrayna danışıq qruplarının növbəti görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəldiklərini açıqlayıblar.

//Gülnarə Abasova, Editor.az