Zelenski: “Bizə müasir döyüş təyyarələri lazımdır”backend

Zelenski: “Bizə müasir döyüş təyyarələri lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zeleneski paylaşdığı xalqa etdiyi videomüraciətində Rusiya ordusunun fevralın 27-də səhər saatlarında Ukraynanın müxtəlif nöqtələrində pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirdiyini qeyd edib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, 14 PUA-dan 11-nin məhv edildiyini və Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın hava, raket və PUA hücumları ilə mübarizəni ən effektiv şəkildə davam etdirdiyini bildirən Zelenski müasir döyüş təyyarələrinin Ukrayna hava məkanına tam nəzarət etmək üçün vacib olduğunu vurğulayıb.

Zelenski müasir döyüş təyyarələri alınarsa, Rusiyanın hücumlarının qarşısını daha effektiv şəkildə ala biləcəklərinə də diqqət çəkib: “Buna görə də müasir döyüş təyyarələrinə ehtiyacımız var ki, ölkəmizin bütün bölgələrini Rusiya terrorundan qoruya  bilək”.

//Safura Bənnayeva, Editor.az