Zelenski: “Bizim Aİ ilə ortaq dəyərləri müdafiə etməyə hazır güclü ordumuz var”backend

Zelenski: “Bizim Aİ ilə ortaq dəyərləri müdafiə etməyə hazır güclü ordumuz var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidentinin ofisindən verilən yazılı açıqlamaya görə, Volodimir Zelenski videokonfrans vasitəsilə Hollandiyada universitet tələbələrinə müraciət edib.

Editor.az xarici mediaya istinadən bilirir ki,Ukraynanın Aİ-yə daxil olmasının ədalətli qərar və təhlükəsizlik baxımından bütün Aİ-yə üzv ölkələr üçün qazanc olacağını deyən Zelenski hazırda Şərqi Avropada Ukrayna ordusu qədər güclü ordu olmadığını deyib.

“Aİ ilə ortaq dəyərləri müdafiə etməyə hazır güclü ordumuz var”,-deyə o, bildirib.

Ukraynanın kiberməkanın və enerji infrastrukturunun mühafizəsi, təlim missiyaları və təlimlər sahəsində unikal təcrübəyə malik olduğuna diqqət çəkən Zelenski, ölkəsinin müharibə dövründə belə ərzaq təhlükəsizliyinin təminatçısı olmağa davam etdiyini, Afrika və Asiya ölkələrinə yardım etməyə hazır olduğunu əlavə edib.

//Safura Bənnayeva, Editor.az