Ukrayna lideri Vladimir Zelenski Böyük Britaniyadan Kiyevə dəstəyin azalmasından şikayətlənib.
Editor.az axar.az-a istinadən bildirir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
Zelenski bildirib ki, Rusiya xüsusi hərbi əməliyyata başlayandan sonra London yardım məsələlərində birinci yeri tutub:
“Britaniya real liderlik nümayiş etdirirdi. Həm silahda, həm siyasətdə, həm də Ukrayna cəmiyyətinin həyatını dəstəkləməkdə. Bu, minlərlə insanımızı xilas etdi. Amma indi, təəssüf ki, vəziyyət dəyişib, yardım səngiyib”.