Zelenski bu il sivil dünyanın müharibəni dayandırmalı olduğunu bildiribbackend

Zelenski bu il sivil dünyanın müharibəni dayandırmalı olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski bu il dünyanın Ukraynada müharibəyə son qoymalı olduğunu bildirib.

Editor.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti xalqa videomüraciətində deyib. Prezident xüsusilə vurğulayıb ki, təsiri olan hər kəsin informasiya müharibəsində iştirak etməsi çox vacibdir. “Bu, təkcə jurnalistlərə aid deyil. Bu, aqressiya haqqında həqiqəti yayan hər kəsə aiddir. Kim dünyaya işğaldan keçmiş, itkin düşmüş ukraynalıları və ukraynalı qadınları xatırlada bilərsə hər biri Ukrayna azadlıq və ədalət uğrunda mübarizə aparır”, – deyə Zelenski bildirib.

O vurğulayıb ki, Ukraynaya qarşı təcavüz ötən il olduğu kimi davam edir.

//Gülnarə Abasova, Editor.az