Zelenski: Bu müharibədə ədalətli sülh yoxdur”backend

Zelenski: “Bu müharibədə ədalətli sülh yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ədalətli sülhə nail olmaq üçün Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı heç bir güzəştə getmək olmaz”.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.

“Hamımız üçün dünya müxtəlif cəhətdən ədalətlidir. Mənim üçün bir prezident kimi ədalətli dünya torpağımız, ərazi bütövlüyümüz, suverenliyimizlə bağlı heç bir güzəştə getməmək deməkdir. Bu, ən vacib şeydir. Rus işğalının qurbanı olan hər kəs üçün təzminat…”- deyə, Zelenski qeyd edib.

Ukrayna lideri əlavə edib ki, müharibə zamanı yaxınlarını itirən insanlar üçün qisas almaq vacib hala gəlib:

“Və bu müharibə nə qədər çox davam edərsə, qisasla yaşayacaq belə valideynlər bir o qədər çox olacaq. Çünki onların yaşamasının başqa mənası yoxdur. Mən belə insanları tanıyıram. Bu müharibədə ədalətli sülh yoxdur”.

//Samir Qurbanov, Editor.az