Zelenski: “Bundan sonra Putinlə dialoqun heç bir mənası yoxdur”backend

Zelenski: “Bundan sonra Putinlə dialoqun heç bir mənası yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna rəhbərliyi üçün artıq işğalçı ölkənin prezidenti Vladimir Putinlə dialoqun mənası yoxdur.

Editor.az bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski mayın 21-də “Reuters” agentliyinə müsahibəsində deyib. “O, insanların beynini yudu və onun beynini yudular. O, bizi məhv etmək arzusundadır və bu gün onunla ədalətli dialoqa getmək mümkün deyil “, – prezident izah edib. Zelenski vurğulayıb ki, Putin qocalır və “həmişə güclü olmayacaq”, lakin onun ölümünü gözləmək lazım deyil: “Hər şey gələcək… Bu gün dövlətdən imtina etmək lazım deyil.

Sonra onu qaytarmaq olmaz… Donbas, Krım… və hamı unutmağa başlayıb. Dünya uzun müddət Ukrayna haqqında düşünməyəcək, hər kəsin öz daxilində öz çağırışları var”, – deyə prezident bildirib.

O, həmçinin əlavə edib ki, o, Putini “böyük pullarla idarə olunan” “qeyri-müstəqil fiqur” hesab edir: “Onlar daima onu Kremldən yalnız irəli aparacaqlar. Biz bu sistemdə zəif nöqtəni tapmalıyıq. Hər gün çalışsan, mübarizə aparsan, sonda qalib gələrsən”- Zelenski yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az