Zelenski çıxışına “Əssəlamu aleykum” deyərək başladıbackend

Zelenski çıxışına “Əssəlamu aleykum” deyərək başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynalı müsəlmanlar Ramazan ayında əllərində silahla ölkələrini qorumaq məcburiyyətində qalacaqlar”.

Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Doha Forumu”na videokonfrans formatında qatılan Volodimir Zelenski deyib. Ukrayna Prezidenti çıxışına “Əssəlamu əleykum” deyərək başlayıb.

Ukrayna prezidenti Vlodimir Zelenski Ukrayna ilə Rusiya arasında müharibənin 31-ci günündə də Rusiyanı dayandırmaq üçün diplomatik səylərin davam etdiyini vurğulayıb. Çıxışında siyasətçilərə müraciət edən Zelenski qarşıdan gələn Ramazan ayında dünyada yarana biləcək ərzaq böhranına da toxunub.

“Ukrayna 90-cı illərdə dünyada 3-cü olan nüvə silahından imtina etdi. Bunun müqabilində isə dünya ölkələri, o cümlədən Rusiya təhlükəsizliyimizə qarşı yazılı təminat verdi. Bu vədlər bizə zəmanət vermədi. Təhlükəsizliyimizə söz verən ölkələrdən biri olan Rusiyaya qarşı döyüşməli olduq. Bu ədalətsizliyin bariz nümunəsidir. Başqa ölkələr guya nə edəcək, onlar da özlərini mümkün hücumdan qorumaq üçün nüvə silahına malik olmalarını istəyəcəklərmi? Bu, hamı üçün çox təhlükəlidir”-deyə Zelenski bildirib.

//Gülnarə Abasova, Editor.az