Zelenski: ”Donbasda qızğın döyüşlər davam edir”backend

Zelenski: ”Donbasda qızğın döyüşlər davam edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında yayımladığı videomüraciətdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ukrayna Prezidenti Donbasın Donetsk və Luqansk tərəflərində yerləşən yaşayış məntəqələrində qızğın toqquşmaların davam etdiyini bildirib.

Rusiya ordusunun bu bölgələrdə intensiv hücumlara baxmayaraq irəliləyə bilmədiklərini deyən Zelenski mükəmməl döyüşdüyü üçün Ukrayna müdafiə qüvvələrinə təşəkkür edib. Zelenski bütün ölkədə elektrik enerjisinin kəsildiyinin davam etdiyini və Rusiya qüvvələrinin hücum etdiyi enerji infrastrukturlarının zədələnməsi səbəbindən 9 milyona yaxın insanın işıqsız qaldığını, enerji obyektlərində təmir işlərinin davam etdiyini bildirib.

//Safura Bənnayeva, Editor.az