Zelenski: “Donetsk cəbhəsində vəziyyət ağır olaraq qalır”backend

Zelenski: “Donetsk cəbhəsində vəziyyət ağır olaraq qalır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyaya qarşı döyüşən Donetsk vilayətində cəbhə xəttində vəziyyətin hələ də ağır olduğunu bildirib.

Editor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Zelenski Telegram hesabında paylaşım edib. Ukrayna Prezidenti bu günün “Ukrayna Hərbi Hava Qüvvələri Günü” olduğunu və hava qüvvələrinin Rusiyanın hücumlarının qarşısını almaq üçün effektiv fəaliyyət göstərdiyini bildirib.

Zelenski Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel ilə telefon danışığı apardığını bildirib. Mişellə Avropanın ən böyük AES-i olan Zaporojya ilə bağlı son hadisələri müzakirə etdiklərini qeyd edən Zelenski Rusiyanı bu elektrik stansiyasına hücum təşkil etməkdə ittiham edib. Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumların təkcə Ukrayna üçün deyil, dünya üçün də böyük təhlükə yaratdığına diqqət çəkən Zelenski onu da vurğulayıb ki, bu səbəbdən Rusiyanın bu hücumlarına beynəlxalq ictimaiyyət sərt reaksiya verməlidir.

//Gülnarə Abasova, Editor.az