Zelenski dörd ölkənin baş naziri ilə danışıqlar aparıbbackend

Zelenski dörd ölkənin baş naziri ilə danışıqlar aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Kanadanın baş naziri ilə danışıqlar aparıb. Bundan əvvəl isə onun Hollandiya, Böyük Britaniya və Norveçin baş nazirləri ilə söhbəti olub.

Editor.az Ukraynanın “Golos Today” Teleqram kanalına istinadən xəbər verir ki, bu görüşlərdən sonra V.Zelenski Ukrayna xalqına ünvanlanan videomüraciətində deyib: “Biz bu ilə Ukraynanın hazırda ən çox ehtiyac duyduğu hadisə ilə – terror dövlətinin hazırladığı yeni səfərbərlik prosesləri ilə başladıq.

Hazırda tərəfdaş ölkələrlə birlikdə müdafiəmizi gücləndirməliyik”, – Zelenski bildirib. Ukrayna hakimiyyəti əmindir ki, Rusiyanın indiki ağaları müharibənin gedişatını dəyişmək üçün əllərində olan və toplaya bildikləri hər şeyi sərf edəcəklər: “Biz Rusiyanın bu ssenarisinin qarşısını almalıyıq və buna hazırlaşırıq. Terrorçular məğlub olmalıdırlar, onların yeni hücum cəhdi uğursuzluğa düçar olmalıdır.

Bu, terror dövlətinin son məğlubiyyəti olacaq. Bunu başa düşən bütün tərəfdaşlara təşəkkür edirəm”, -deyə Zelenski öz videomüraciətində bildirib.

//Samir Qurbanov,Editor.az