Zelenski dünya liderlərinə müraciət etdibackend

Zelenski dünya liderlərinə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Xarkovdan dünya liderlərinə müraciət edib.

O, burada ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Cinpini sülhü daha da yaxınlaşdırmaqla liderlik nümayiş etdirməyə” dəvət edib.

Zelenskinin sözlərinə görə, 80-dən çox dövlət Ukrayna sammitində iştirakını təsdiqləyib, lakin Bayden və Si Cinpin tədbirə hazırlaşmaq üçün qlobal səylərdən kənarda qalıblar.

“Mən indiyə qədər sülh sammitinə hazırlaşmaq üçün qlobal səylərdən kənarda qalan dünya liderlərinə müraciət edirəm: ABŞ lideri prezident Baydenə, Çin lideri Siyə. Zərbələr arasında fasilə üçün yox, sülhün – əsl sülhün bərqərar olması üçün liderliyinizi göstərin”, – deyə Zelenski bildirib.

“Xahiş edirəm, şəxsi rəhbərliyiniz və iştirakınızla sülh sammitini dəstəkləyin”, – deyə Ukrayna lideri çağırış edib.

Qeyd edək ki, Ukrayna üzrə sülh konfransı iyunun 15-16-da Bürgenstokda baş tutacaq. Dəvət olunanlar arasında G7, G20 və BRICS ölkələri də var. Ümumilikdə – 120 ölkədən 160 nümayəndə heyəti tədbirə qatılacaq.