Zelenski: “Əks-hücum istədiyimiz kimi sürətli deyil “backend

Zelenski: “Əks-hücum istədiyimiz kimi sürətli deyil “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna hərbiçiləri Rusiya tərəfindən işğal olunmuş əraziləri azad edərək addım-addım əks-hücum əməliyyatlarını davam etdirirlər “.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “France-2” telekanalına müsahibəsində danışıb.

“Rusiya uğursuz şəkildə əks-hücum etməyə çalışır”,-deyə o vurğulayıb.

Zelenski rəsmi Kiyevin apardığı əks-hücum əməliyyatını belə dəyərləndirib: “İlk başda hakimiyyətin Silahlı Qüvvələrin irəliləyiş sürətinə olan ümidləri daha böyük idi. Təəssüf ki, əməliyyatlar gözlənilən qədər sürətli davam etdirilmir. Lakin buna baxmayaraq, uğurla davam edir”.

//Safura Bənnayeva, Editor.az