Zelenski ELAN ETDİ: “Ukrayna güclü nəticələr əldə edib”backend

Zelenski ELAN ETDİ: “Ukrayna güclü nəticələr əldə edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu həftə ərzində ölkəmizin Silahlı Qüvvələri və kəşfiyyatı Rusiya ordusunun maddi-texniki bazasının, işğalçıların arxa dayaqlarının məhv edilməsində güclü nəticələr əldə edib”.

Editor.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi gecə müraciətində məlumat verib.

O qeyd edib ki, düşmənin silah-sursat anbarlarına, onların komanda məntəqələrinə, Rusiya texnikasının qruplarına vurulan hər zərbə Ukrayna hərbçilərinin və mülki şəxslərin həyatını xilas edir.

“Mən tərəfdaşlara – Ukraynanı lazımi silahlarla təmin edən hər kəsə minnətdaram. Xüsusilə, bu həftə ABŞ-dan başqa bir dəstək paketi təsdiqləndi ki, bu da HIMARS sistemləri üçün sursatları da əhatə edir. Onların hamısı müdafiəmizin ümumi strategiyası üçün mümkün qədər dəqiq və sərfəli şəkildə istifadə olunur. Biz daha effektiv və müasir silahlar əldə etmək üçün hər şeyi edirik”, – ölkə lideri vurğulayıb.