Türkiyə masasında Rusiya-Ukrayna danışıqlarının başlanmasından bir gün öncə Zelenski Əliyevə zəng etdi: tərəflər Ukraynadakı vəziyyətdən və sülh danışıqlarının davam etdirilməsindən danışıblar.
Danışıqların Türkiyədə keçirilməsində Əliyevin də Ərdoğanla birlikdə iştirakı bəllidir. Ərdoğanın Əliyevin “Rusiyanı ən yaxşı tanıyan və müharibəni ən yaxşı analiz edənlərdən biri” olduğunu deməsi, Zelenskinin danışıqların başlanmasından öncə Bakıya zəngi Azərbaycanın prosesdə iştirakının görünəndən daha çox olduğu fikrini önə çıxarır.
Moskva-Kiyev müzakirələrinin Belarusdan Türkiyə masasına köçürülməsi xüsusilə Ukraynanın maraqlarına uyğundur.
//Asif Nərimanlı

