Zelenski Ərdoğana təşəkkür etdi – FOTObackend

Zelenski Ərdoğana təşəkkür etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə əsir mübadiləsindən sonra ölkəyə qaytarılan 215 ukraynalıya görə Türkiyənin vasitəçiliyi üçün ölkə lideri Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Zelenski mübadilə yolu ilə ölkəyə qaytarılan Ukraynanın Azov batalyonunun komandirləri ilə videokonfrans vasitəsilə görüşüb.

O, geri qaytarılan batalyondan beş nəfərin təhlükəsizlik məqsədi ilə Türkiyədə olduğunu qeyd edib:

“Prezident Ərdoğanla danışdım. Azovun beş komandiri Ərdoğanın xüsusi nəzarəti altında Türkiyədə təhlükəsiz şəraitdə saxlanılacaq”.

Zelenski əlavə edib ki, mübadilə zamanı 55 əsgəri Rusiyaya qaytarıblar.

Bu, fevralın 24-dən bəri ən böyük mübadilə olub.

Dünən Ərdoğanın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Zelenski ilə apardığı diplomatik danışıqlar nəticəsində 200 hərbi əsirin dəyişdirildiyi açıqlanıb.

Ərdoğan Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin müharibənin sona çatması istiqamətində mühüm addım olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 21-də Ukrayna 124-ü zabit və 10-u əcnəbi olmaqla 215 nəfəri Rusiya əsirliyindən geri qaytarıb. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, əslən azərbaycanlı olan 1999-cu il təvəllüdlü Babayev Rüstəm Arif oğlu da var.

Oxu.az