Zelenski Ərdoğandan nəyi xahiş etdi? – “Mübahisə etdim, çünki…”backend

Zelenski Ərdoğandan nəyi xahiş etdi? – Mübahisə etdim, çünki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Zelenski İsveçin NATO-ya daxil olmasını dəstəkləyir və Türkiyəni belə bir addımın zəruriliyinə inandırmağa hazırdır.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna lideri İsveçin baş naziri Ulf Kristerssonla birgə keçirdiyi brifinqdə deyib. Zelenski vurğulayıb ki, İsveç “NATO-nun lehinə tamamilə rasional seçim edib” və ukraynalıların seçimi də oxşardır.

“Əminəm ki, dövlətlərimiz Alyansda olacaq, onlar birlikdə təhlükəsizliyə təminat verəcəklər”, – deyə Ukrayna Prezidenti əlavə edib.

O qeyd edib ki, bundan əvvəl Türkiyə ilə danışıqlar zamanı İsveçin NATO-ya daxil olması məsələsini qaldırıb və Ankaranı Skandinaviya ölkəsinin Alyansa daxil olmasını ratifikasiya etməyə çağırıb.

 

“Mən cənab Ərdoğanla son görüşdə NATO-da İsveçin lehinə mübahisə etdim. Və biz bu işi gələcəkdə də davam etdirəcəyəm” – deyə Zelenski yekunlaşdırıb.