Zelenski G20 liderlərinə müraciət etdibackend

Zelenski G20 liderlərinə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski İndoneziyada keçirilən sammitə toplaşan G20 (“Böyük iyirmilik”) liderlərinə müraciət edib.

Editor.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb. Ukrayna lideri G20-yə videomüraciətində bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması vaxtı gəlib çatıb. “Biz imkan verməyəcəyik ki, Rusiya pauza götürsün və gücünü artırsın… Əminəm ki, indi müharibənin dayandırılmalı və dayandırıla biləcəyi vaxtdır”, – deyə

Ukrayna lideri bildirib. Zelenski vurğulayıb ki, müharibəyə son qoymaq üçün Rusiya Federasiyası işğalçı qoşunlarını çıxarmalı, dövlətimizə dəymiş ziyana görə təzminat ödəməli, ölkəmizin ərazi bütövlüyünü təsdiq etməlidir.

Prezident həmçinin “müharibədən sonrakı təhlükəsizlik arxitekturasının əsas elementlərini gücləndirmək” və Rusiya təcavüzünün təkrarlanmasının qarşısını almaq üçün beynəlxalq konfransın təşkil edilməsinə çağırıb.

  //Samir Qurbanov,Editor.az