Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabından paylaşdığı videomüraciətdə Rusiya-Ukrayna müharibəsinin 263-cü günündə baş verən son hadisələri dəyərləndirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, Zelenski açıqlamasında qələbənin yaxınlaşdığını vurğulayıb. Xerson vilayətində nəzarəti bərpa etdikləri yaşayış məntəqələrindən 226-da təhlükəsizlik tədbirləri görüldüyünü, bu ərazilərdə sabitliyin təmin olunduğunu deyən Zelenski həmin məntəqələrdə 100 minə yaxın mülki şəxsin yaşadığını qeyd edib.
Rusiya əsgərlərini Xerson vilayətində hərbi cinayətlər törətməkdə günahlandıran Zelenski bölgədə mülki və hərbi cəsədlərin aşkar edildiyini və araşdırmalara başlanıldığını bildirib.
Zelenski bəyan edib ki, ölkə daxilində ən qaynar münaqişələr Donetsk cəbhəsində davam edir.
//Safura Bənnayeva, Editor.az

