Müstəqillik günü ərəfəsində Ukrayna prezidenti Volodimir Zelenski hüquq-mühafizə orqanlarının və hərbi idarələrin rəhbərliyi ilə geniş müşavirə keçirib.
Böyük iclasda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, daxili işlər naziri Denis Monastırski, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov iştirak edib.
“Əsas məsələlər, əlbəttə ki, cəbhə xəttindəki və böyük şəhərlərdəki vəziyyət, eləcə də bu həftə bayramlar və mühüm siyasi hadisələrlə bağlı konkret təhlükəsizlik tədbirləri – görüşlər, danışıqlardır”, – deyə Zelenski bildirib.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın Müstəqillik Gününə qədər polisin patrul xidmətini artıracağı bildirilmişdi. Ukraynalılardan qarşıdakı günlərdə insanların böyük toplaşmasından çəkinmələri xahiş olunur.
Publika.az

