Ukrayna prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün Ukraynanın paytaxtı Kiyevə gələn NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Editor.az xarici mediaya istinadən bildirir ki, görüşdən sonra birgə mətbuat konfransı təşkil edilib.
“Ukraynanın NATO-nun hüquqi üzvü olması zaman məsələsidir. Biz bu dövrü yaxınlaşdırmaq üçün hər şeyi edirik. Ukraynanın Rusiyanın başlatdığı bu səbəbsiz və cinayətkar müharibədə qələbəsi təkcə dövlətimiz üçün deyil, həm də qitədə uzunmüddətli təhlükəsizlik və sülhə zəmanət verəcəkdir “,- deyə Zelenski çıxışı zamanı qeyd edib.
O, eyni zamanda vurğulayıb ki, Rusiyanın Ukrayna ərazisinə intensiv hücumlarını davam etdirdiyi bir vaxtda hava müdafiəsi gücləndirilməlidir.
Safura Bənnayeva / Editor.az

