Zelenski ilə Bayden arasında telefon danışığı olubbackend

Zelenski ilə Bayden arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə telefonla danışıb.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski Tvitterdə yazıb.

“Baydenə Ukrayna xalqına maddi və hərbi dəstəyə görə təşəkkür etdim. Ukraynanın qələbə üçün atmalı olduğu növbətti addımları müzakirə etdik” – deyə Zelenski bildirib.

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə növbəti hərbi yardım tranşını müzakirə edib.

Bu barədə AĞ Evin rəsmi nümayəndəsi Karin Jan-Pyer bildirib.

Sözçü bildirib ki, dövlət başçıları 3 milyard dollarlıq yardım tranşını və Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər.