Zelenski İndoneziyanın sülh təşəbbüsünü rədd edirbackend

Zelenski İndoneziyanın sülh təşəbbüsünü rədd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziya Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya ilə mübahisəni həll etmək üçün sülh danışıqlarını qəbul etməyə çağırmağa davam edəcək.

Editor.az “RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu müdafiə naziri və ölkənin yeni seçilmiş prezidenti Prabovo Subianto bildirib. ANTARA-nın məlumatına görə, Subianto iyunun 6-da İndoneziyanın hazırkı prezidenti Coko Vidodonu ötən həftəsonu Sinqapurda keçirilən Şanqri-La Dialoq forumunda Ukrayna lideri ilə görüşü barədə məlumatlandırıb.

Subiantonun sözlərinə görə, görüş zamanı o, “İndoneziyaya atəşkəsə nail olmaq üçün xidmətlər təklif edərək Zelenskini razı salmağa çalışıb. lakin o, bu təşəbbüslə razılaşmayıb. Biz cəhd etməyə davam edəcəyik”,-deyib.

//Gülnarə Abasova, Editor.az