Zelenski: Makron ən qısa zamanda Ukraynaya səfər edəcəkbackend

Zelenski: Makron ən qısa zamanda Ukraynaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronun yaxın günlərdə Kiyevə səfər edəcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabından paylaşım edib.

“Makronla telefon danışığımız uzun sürdü. Biz hazırkı hərbi vəziyyəti və bu yaxınlarda Parisdə Ukraynaya dəstək üçün keçirilən beynəlxalq konfransı müzakirə etdik. Biz ən qısa zamanda Ukraynada keçiriləcək görüşlə bağlı da fikir mübadiləsi apardıq”,- Ukrayna Prezidenti bildirib.

Bundan əvvəl Makron bildirmişdi ki, Aİ Ukraynaya orta və uzaq mənzilli raketlərin tədarükü üçün “dərin zərbələr üçün doqquzuncu koalisiya”nın yaradılması barədə razılığa gəlib. Makron həmçinin Fransanın Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az