Zelenski Makrona: Rusiya idmançılarının Paris Olimpiadasında yeri olmamalıdırbackend

Zelenski Makrona: Rusiya idmançılarının Paris Olimpiadasında yeri olmamalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 24-də Ukrayna prezidenti Vladimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Editor.az bildirir ki, bu barədə Zelenski Facebook-da məlumat verib.

Danışıq zamanı o, Ukraynanı yüngül tanklarla təmin etmək və ölkənin müdafiə qabiliyyətini, xüsusən də qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə daha da gücləndirdiyinə görə Makrona təşəkkür edib. Liderlər həmçinin müharibəni bitirmək üçün diplomatik addımları da müzakirə ediblər. Bundan əlavə Zelenski söhbətin gedişində bir məqamı xüsusi olaraq vurğulayıb: “Rusiya idmançılarının Paris Olimpiya Oyunlarında yeri olmamalıdır”.

  //Samir Qurbanov, Editor.az