“Hər hansı bir təşəbbüs Ukraynanı gücləndirsə, bu, bütün dünya üçün xeyirli olar”.
Editor.az “Ukrayinska Pravda” nəşrində yer alan məlumata görə xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) quru qüvvələrinin Ukraynaya göndərilməsi ideyasını belə şərh edib. “Biz sağ qalmalıyıq və Ukraynanın sağ qalması çox konkret həllərin olması deməkdir. Bu, həqiqətən vacibdir. Makronun bu fikri ifadə etdiyi sammitdə mən yox idim, o, Ukraynaya gələndə bəzi yeni ideyalardan danışacağını, Ukraynanı necə gücləndirəcəyi ilə bağlı məlumat paylaşacağını söylədi”, – Zelenski bildirib.
Qeyd edək ki, Makron daha əvvəl Qərb ölkələrindən Ukraynaya qoşun yeritmək imkanını istisna etməmişdi. Bundan əvvəl Emmanuel Makron Parisdə Ukraynaya dəstək konfransında demişdi ki, Ukraynanın Qərb müttəfiqləri Ukraynanı uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradırlar. Onun məlumatına görə, assosiasiya müdafiə qabiliyyətinə malik bütün dövlətləri cəlb etmək və Kiyevə yeni silahların tədarükünə başlamaq məqsədi ilə yaradılıb.
//Gülnarə Abasova, Editor.az