Zelenski Mayamidəki danışıqlardan nəticə gözləyir: Ukrayna sülhə maneə deyilbackend

Zelenski Mayamidəki danışıqlardan nəticə gözləyir: Ukrayna sülhə maneə deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Mayamidə keçirilən danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti ABŞ tərəfinə aydın şəkildə çatdırmalıdır ki, Ukrayna heç vaxt sülhə maneə olmayıb.

Prezidentin sözlərinə görə, diplomatik prosesi real şəkildə Rusiya tərəfindən davam etdirilən hava zərbələri sarsıdır.

Zelenski qeyd edib ki, axşam saatlarına yaxın danışıqlar barədə ilk hesabatları gözləyir. Nümayəndə heyətinin tərkibinə Rustem Umerov, Kirill Budanov və David Araxamiya daxildir. Prezident vurğulayıb ki, bu heyətin əsas vəzifəsi ABŞ tərəfinə obyektiv və dolğun məlumat təqdim etməkdir.

Onun sözlərinə görə, nümayəndə heyəti xüsusilə Rusiya hava hücumlarının nəticələrinə diqqət çəkməlidir. Zelenski bildirib ki, bu hücumlar diplomatik səyləri nüfuzdan salır, danışıqlara olan etimadı azaldır və hətta məhdud dialoq imkanlarını belə zəiflədir.

Prezident əlavə edib ki, ABŞ tərəfi bu reallığı aydın şəkildə dərk etməlidir. Eyni zamanda daha əvvəl diplomatik çərçivədə hazırlanmış sənədlər üzrə irəliləyişə ehtiyac olduğunu vurğulayıb.

“Ukrayna heç vaxt sülhə maneə olmayıb və olmayacaq. Hazırda diplomatiyanın inkişaf edib-etməməsi tərəfdaşlardan asılıdır”, – deyə Zelenski bəyan edib.

Musavat.com