Zelenski:”Mən heç kimin sözünə inanmıram”backend

Zelenski:“Mən heç kimin sözünə inanmıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüşdən sonra Rusiya Müdafiə Nazirliyinin Kiyev və Çerniqov vilayətlərinə hücumları azaltmaq qərarına baxmayaraq münaqişə hələ də davam edir.

Editor.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Ukrayna Prezidenti Vlodimir Zelenski deyib.

“Bəli, danışıqlar prosesi davam edir. Amma bunlar hələ boş sözlərdir. Xüsusi heç bir irəliləyiş yoxdur. Rusların bəzi yerlərdə aktivliyinin azalmasını müşahidə edə bilərik. Ancaq bu da bizim ordumuzun sayəsindədir. Məlumat almışıq ki, onlar Dombasda toplaşıb yeni hücuma hazırlaşırlar. Biz də bu hücumdan müdafiəyə hazırıq. Mən heç kimin sözünə inanmıram.Yalnız ordumuza və xalqıma güvənirəm. Biz xalq olaraq torpağımızın hər qarışı uğrunda mübarizə aparacağıq”- Ukrayna Prezidenti deyib.

Zelenski Co Baydenlə telefon danışığını da şərh edib:

“ABŞ Prezidenti cənab Baydenlə 1 saatdan artıq bir çox məsələləri təffərrüatlı şəkildə müzakirə etdik. Təbii ki, mən ABŞ-a yeni 1 milyard dollarlıq yardım paketi üçün və büdcəmizə verdiyi 500 milyonluq dəstək üçün minnətdarlığımı bildirdim. Söhbətim zamanı Ukraynaya nəyin lazım olduğunu cənab Baydenin diqqətinə çatdırdım. Biz ABŞ-ın prinsipial dəstəyinə sahibik. Demokratik dünyanın gücünü göstərmək üçün bu gün Ukraynaya yardım etmək lazımdır. Azadlıq uğrunda birgə mübarizə aparmaq üçün tərəfdaşlarımızla məsləhətləşirik. Əgər biz həqiqətən də azadlığımızı və demokratiyamızı qorumaq üçün birlikdə mübarizə aparırıqsa, o zaman bu çətin zamanda kömək istəmək haqqımız var”.

//Nəzərbəy Hacıağayev Editor.az