Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun yeni baş katibi Mark Rutteyə cəbhədəki vəziyyəti izah edib və Ukrayna ordusunun silah baxımından ehtiyaclarını xatırladıb.
Editor.az xəbər verir ki, bu barədə Zelenskinin Telegram kanalına istinadən xəbər verir. “Biz ordumuzun hazırkı ehtiyaclarını, eləcə də Ukraynanın hava hücumundan müdafiə sistemindəki ehtiyaclarını müzakirə etdik”, – deyə Ukrayna lideri yazıb. O qeyd edib ki, qış yaxınlaşdıqca Ukrayna və alyans hava hücumundan müdafiə sistemləri ilə bağlı bütün razılaşmaları yerinə yetirməlidir. Üstəlik, Zelenskinin sözlərinə görə, Rutte ilə danışıqlarda Ukrayna üçün “qələbə planı”na toxunulub.
Qeyd edək ki, oktyabrın 3-də NATO-nun baş katibi Kiyevə səfər edib və burada Zelenski ilə görüşüb.
//Gülnarə Abasova, Editor.az