Zelenski NATO sammitində iştirak edəcəkbackend

Zelenski NATO sammitində iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyanın müdafiə naziri Ruben Brekelmans Ukrayna lideri Volodimir Zelenskinin NATO-nun Haaqa sammitində iştirak edəcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, onun sözlərini WNL op Zondag sitat gətirir.

Nazir bildirib ki, Şimali Atlantika Alyansı Zelenskinin sammit proqramında layiqli yer tutmasını təmin etmək üçün çalışır. Eyni zamanda, görüş çərçivəsində Ukrayna prezidenti ilə ABŞ prezidenti Donald Tramp arasında görüşün təşkil olunub-olunmayacağı sualına cavab tapmaqda çətinlik çəkib.

Ansa agentliyi daha əvvəl yazmışdı ki, ABŞ Zelenskini NATO sammitinə dəvət etməyin əleyhinədir. Nəşr qeyd edib ki, demək olar ki, bütün müttəfiqlər Vaşinqtona bu qərardan təəccübləndiklərini bildiriblər.

Məlumata görə, NATO-nun qarşıdan gələn sammitində Ukraynanın hərbi bloka daxil olması deyil, hərbi xərclərin artırılması və istehsalın artırılması diqqət mərkəzində olacaq.

//Gülnarə Abasova, Editor.az