Zelenski NATO-ya bunu təklif etdibackend

Zelenski NATO-ya bunu təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Ukrayna ərazisi üzərində Rusiya döyüş təyyarələrini və raketlərini vurmalıdır.

Editor.az xəbər verir ki, Volodimir Zelenski bu barədə “The New York Times” qəzetinə müsahibəsində bildirib. “Ukrayna səmasında uçan şeyləri güllələyin və bizə silah verin ki, onlardan sərhəddə Rusiya qüvvələrinə qarşı istifadə edək”,- deyə o, səslənib. Zelenski hesab edir ki, alyans qüvvələri öz ölkələrinin ərazisindən Ukrayna üzərində Rusiya təyyarələri və ya raketlərinə hücum etsələr, bu, NATO-nu Rusiya Federasiyası ilə genişmiqyaslı müharibəyə sürükləməyəcək.

Ukrayna lideri Qərb ölkələrini də Rusiya ilə əlaqələri saxlamaq istəməkdə ittiham edib.

//Gülnarə Abasova, Editor.az