Zelenski noyabrda Yunanıstana rəsmi səfər edəcəkbackend

Zelenski noyabrda Yunanıstana rəsmi səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski “Mindiç lentləri” adlı korrupsiya qalmaqalı fonunda Yunanıstana səfər etməyi planlaşdırır. Bu barədə Yunanıstanın Kathimerini nəşri məlumat yayıb.

Editor.az xəbər verir ki, Nəşrin məlumatına görə, Ukrayna liderinin səfəri noyabrın 16-na – bazar gününə nəzərdə tutulub. Təhlükəsizlik səbəblərinə görə səfərin proqramında dəyişikliklər edilsə də, Zelenskinin səhər saatlarında Afinaya çatacağı gözlənilir.

Qeyd edək ki, Ukraynada “Mindiç lentləri” ilə bağlı qalmaqal ictimaiyyətdə ciddi rezonans doğurub.

//Samir Qurbanov, Editor.az