Zelenski onları “iyrənc əclaflar” adlandırdıbackend

Zelenski onları “iyrənc əclaflar” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat konfransında bu şəkildə Türkiyədə görüşmək istəmədiyini və danışıq aparan tərəflərin görüşünün Vladimir Putindən asılı olduğunu bildirib.

Editor.az-ın Ukrayna mənbələrinə istianədən verdiyi xəbərə görə, dövlət başçısı qeyd edib ki, Ukrayna tərəfinin Pasxa bayramı ərəfəsində rus işğalçıları tərəfindən Odessanı atəşə tutması fonunda görüş keçirmək niyyətində deyil. Odessaya 7 raket atılıb, onlardan ikisi vurulub.

Atışma nəticəsində 8 nəfər həlak olub və 18-20 nəfər yaralanıb. “Bu gün üç aylıq körpə öldürüldü. Bu körpə bir aylıq olanda müharibə başladı. Təsəvvür edirsinizmi? Nə baş verir? İyrənc əclaflar! Onları daha necə adlandıraq? Başqa söz yoxdur. Sadəcə, əclaflar! …Real görüşlər lazımdır. Amma müharibə bitənə qədər görüşmək lazımdır. Biz görüşməli və hər fürsətdən yapışmalıyıq ki, bir daha üç aylıq körpələr ölməsin. Bu dəhşətdir. Hansı dəyərlərdən danışırlar? Onların “Rus dünyası” nədir? Xristian dünyası nədir? Odessaya sadəcə yeddi raket! Onların sevimli Odessası. “Odessa-sevimli ana”. Onların dediyi kimi, bura gəlməyi arzulayırdılar.“Sizdə çox dadlı hazırlayırlar –deyirdilər” – Zelenski bildirib.