Ukrayna prezidenti Volodimir Zelenski Vladimir Putinlə Yerusəlimdə – İsrailin baş naziri Naftali Benetanın vasitəçiliyi ilə görüşməyin tərəfarıdır.
Bu barədə “Ukrainskaya Pravda”ya istinadən Editor.az xəbər verir
Zelenski deyib: “İsrailə və cənab Benetin vasitəçiliyinə gəlincə, biz buna müsbət yanaşırıq. İnanıram ki, cənab Benet bu məsələdə mühüm rol oynaya bilər….Biz cənab Benetlə danışdıq və mən ona dedim ki, bu gün Rusiyada, Ukraynada və Belarusda görüşmək düzgün deyil, qeyri-konstruktivdir. Bunlar heç olmasa bir qədər anlayış göstərib müharibəni dayandıra biləcəyimiz nöqtələr deyil. Mən texniki görüşlərdən yox, liderlərin görüşlərindən danışıram. İsrail, xüsusən də Yerusəlim belə bir torpaq ola bilərmi? Məncə bəli. Və mən bunu ona dedim. Onun (Benetin) Rusiya prezidenti ilə danışıqlarının təfərrüatları barədə isə danışa bilmərəm…Lakin biz bunu müsbət qarşılayırıq
Editor.az

