Zelenski qapıları bağladı: Qondarma referendumlar son həddə çatdırdı…backend

Zelenski qapıları bağladı: Qondarma referendumlar son həddə çatdırdı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatına verdiyi açıqlamada qondarma referendumlarından sonra Moskva ilə danışıqlara getməyəcəklərini açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasına onlayn link vasitəsilə qatılan Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya Zaporojye, Xerson, Donetsk və Luqanskda keçirilmiş qondarma referendumun nəticələrini tanıyarsa, onun Rusiya prezidenti Vladimir Putinlə danışacaq heç bir şeyi yoxdur. Onun sözlərinə görə, Rusiya saxta referendumları normal görür, Ukrayna torpaqlarını Krımla birləşdirir. İlhaq onu bütün bəşəriyyətə qarşı çıxaran hərəkatdır.

//Safura Bənnayeva, Editor.az